Əfsanəvi ABBA qrupunun isveçli musiqiçisi Lasse Vellanderin ölümü ilə bağlı məlumat yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, gitaristin xərçəng xəstəliyindən dünyasını dəyişdiyi deyilir. Bu barədə 70 yaşlı Velanderin yaxınları məlumat verib.
“Sevgili Lassenin əbədi yuxuya getdiyini dərin bir kədərlə elan etməliyik. Bu yaxınlarda onun xərçəng xəstəsi olduğu məlum oldu və xəstəlik sürətlə yayıldı. Cümə günü səhər tezdən Vellander yaxınlarının əhatəsində can verib", - açıqlamada bildirilib.
Yeri gəlmişkən, gitara ifaçısı ABBA qrupu ilə 1974-cü ilin payızında işləməyə başlayıb. Vellander musiqi qrupunun 24 mahnısının və səkkiz albomunun yazılmasında iştirak edib.