Tatlısəsin istəyi yenə rədd edildi

11 Aprel 2023 01:41 (UTC+04:00)

Türkiyəli müğənni İbrahim Tatlısəsin millət vəkili olmaq üçün irəli sürdüyü namizədliyi rədd edilib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Tatlısəs beşinci dəfə millət vəkili olmaq üçün müraciət etmişdi.

Qeyd edək ki, İfaçı Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkilliyinə namizədliyini irəli sürmüşdü.