Estoniyanın Baş naziri istefa verib

10 Aprel 2023 21:47 (UTC+04:00)

Estoniyanın Baş naziri Kaja Kallas yeni hökumətə rəhbərlik etmək üçün istefa verdiyini açıqlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə aprelin 10-da Estoniya parlamentinin mətbuat xidməti məlumat yayıb.

“Kaya Kallas yeni parlamentin ilk iclasında çıxış edərək istefa verdiyini açıqlayıb. Onun rəhbərlik etdiyi hökumət də istefaya gedir”, - məlumatda deyilib.

Qeyd edək ki, martın 5-də Estoniyada keçirilən parlament seçkilərində Baş nazir Kaja Kallasın İslahatçılar Partiyası 31 faiz səslə qələbə qazanıb.