Azərpaşa Nemətovla vida mərasimi başa çatıb - YENİLƏNİB - FOTOLAR

10 Aprel 2023 15:36 (UTC+04:00)

Ötən gün dünyasını dəyişən Azərpaşa Nemətovu vida mərasimi keçirilir. SİA xəbər verir ki, Milli Dram Teatrının bədii rəhbəri 75 yaşında dünyasını dəyişib. Vida mərasimində mərhumun yaxınları, ailə üzvləri, sənətdostları və həmkarlarıda iştirak edir.

Vida mərasimini öz giriş sözü ilə açan Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Səadət Yusifova Akademik Milli Dram Teatrının səhnəsində bütün həyatını teatra həsr etmiş insanı yola saldıqlarınl bildirib: "Azərbaycan teatr tarixində əvəsiz rolu olmuş Azərpaşa Nemətovun vəfatı Azərbaycan mədəniyyətinə və teatr ictimaiyyətinə ciddi itkidir.

O, Milli Dram Teatrının bədii rəhbəri və rejissoru idi. Azəripaşa bəyin rejissorluğuna Ulu Öndər Heydər Əliyevdə qiymətləndirmiş və ona xalq rejissoru adını vermişdir. Onun rəhbərliyi ittifaqın tərkibində bir çox layihələr həyata keçirdib. Azərpaşa Nemətovun işıqlı xatirəsi daima qəlbimizdə yaşayacaq.

Daha sonra vida mərasimində iştirsk edən xalq artisti Nurəddin Mehdixanlı Azərbaycan mədəniyyətinin böyük bir nümayəndəsi ilə vidalaşdıqlarınl qeyd edib:"Mən düşünürəm ki biz Azərpaşa bəylə sonuncu dəfə görüşmürük. Biz bundan sonrada onun quruluşçu olduğu tamaşaları yenidən səhnələşdirəcəyik. O hər zaman tamaşanın sonuna qədər izləyir sonda isə öz aktyor kollektivini alqışlayırdı. Azərpaşa Nemətov kifayət qədər fərqli düşünən bir rejissor idi. O hər zaman aktyoru ağır yük altında qoymadan istədiyini həyata keçirən bir şəxsiyyət idi. Dünyadan köçən insanlar öz əməlləri ilə yadda qalırlar. Onların gedişi bizə bir mesajdır. Biz bundan sonra enerjimizi işimizə sərf edib, alqışlanmalı işlər görməliyik. Keçmişimizi unutmamalıyıq".

Uzun illər boyu Azərpaşa bəylə birlikdə çalışan və onun tamaşalarının musiqilərini bəsləyən xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimli çıxış edərək, Azərpaşa bəylə bağlı öz xatirələrini danışıb: "Mən onun hər tamaşasına 4-5 dəfə baxmışam. Hər zaman ona fikir verirdim ki, tamaşasını izləyərkən Azərpaşa kövrəlirdi. Bu gün Azərbaycan teatrı generalı ilə vidalaşır. Allah yerini cənnət etsin".

Azərpaşa Nemətovla həm aktyor kimi həmdə Azərbaycan Teatr Xadimıəri İttifaqında çiyin-çiyinə çalışan xalq artisti Hacı İsmayılov gözündən yaşlar axsa da bu itkinin heçnə ilə əvəz olunmayacağını bildirib:"Azərbaycan teatr sənətinin ən görkəmli nümayəndələrindən biri olan şəxsiyyəti biz itirdik. O bizim üçün həm həyatda, həm də sənətdə örnək idi. Azərpaşa Nemətov teatrı öz həyatındna çox sevirdi. O daima səhnəni fikirləşirdi. Azərpaşa Nemətov daima lojadan tamaşalara baxır və nəticə yaxşı olduqda kövrəlirdi"- deyərək xalq artisti bildirib.

Vida mərasimin sonunda isə Azərpaşa Nemətovun bacısı qızı Cəmilə xanım mərasimin bu dərəcədə yüksək səviyyədə keçirtdikləri üçün cənab Prezident İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyevaya öz təşəkkürlərini bildirib: "Hər birinizə buraya gəlib onun adını andığınız üçün sizə minnətdarıq. O doğurdanda bunlara layiq idi".