Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətovla vida mərasimi keçirilir - FOTOLAR

10 Aprel 2023 12:38 (UTC+04:00)

Ötən gün dünyasını dəyişən Azərpaşa Nemətovu vida mərasimi keçirilir. SİA xəbər verir ki, Milli Dram Teatrının bədii rəhbəri 75 yaşında dünyasını dəyişib. Vida mərasimində mərhumun yaxınları, ailə üzvləri, sənət dostları və həmkarları da iştirak edir.

Qeyd edək ki, Milli teatr sənətində müstəsna xidmətlərini olmuş görkəmli rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Azər Paşa Nemətov 13 avqust 1947-ci ildə Bakıda Əməkdar incəsənət xadimi Zəfər Nemətovun ailəsində anadan olub.