Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində çalışan həkim-rezident Alşan Salamzadə 5-6 aprel 2023-cü il tarixlərində Avropa Uşaq Cərrahları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “I Bakı Uşaq Endoskopik Cərrahiyyə” mövzusunda seminar və master-klasda iştirak edib.
Avropa Uşaq Cərrahları Assosiasiyasının prezidenti Amulya Saxena, Türkiyə Ege Universitetinin uşaq cərrahiyyə kafedrasiyasının cərrahı Orxan Ergün və Hacettepe Universitetinin Uşaq cərrahiyə kafedrasiyasının əməkdaşı professor Tutqu Soyer seminarda teoritik məlumatlarla yanaşı, praktiki bilikləri ilə paylaşıblar. Həmçinin, master-klas çərçivəsində qarın boşluğunda laproskopik üsulla cərrahiyyə əməliyyatları da aparılıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.