Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Ağasif Rəhimov və Raziyə Seyidli Belçikanın Antverpen şəhərində keçirilən Dünya Kubokunda gümüş medal qazanıblar.
Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Federasiyadan verilən məlumata görə, cütlük qarışıq hərəkətlər proqramında ikinci yeri tutub: "Eyni şəhərdə baş tutan “Flanders Acro Cup” beynəlxalq turnirində isə Azərbaycanın qadın gimnastları Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qrup qarışıq hərəkətlər proqramında qızıl medala layiq görülüb".