Okean səthinin orta temperaturu ən yüksək səviyyəyə çatdı

9 Aprel 2023 20:41 (UTC+04:00)

Okean səthinin orta temperaturu ən yüksək səviyyəyə çatıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları Milli Okean və Atmosfer Administrasiyası - NOAA və Men Universitetinin birgə apardığı ölçmələrə görə, 2023-cü ilin aprel ayında okean səthinin orta temperaturu 21,1 dərəcə Selsi olub və 2016-cı ilin rekordunu üstələyib.

Peyk qeydlərinin başladığı gündən bəri aparılan qeydiyyat aprelin 6-da peyklər tərəfindən təsbit edilən temperaturun rekord həddə olduğunu göstərib.