Rusiyanın "Sovremennik" teatrı aktrisa Lea İdris qızı Axedjakovanın işdən çıxarılmasını təsdiqləyib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu bütün aparıcı rus saytları yazıb və təsdiq də ediblər.
Teatrdan Axedjakovanın öz istəyi ilə işdən getdiyi və artıq aprelin 5-dən bəri işə gəlmədiyi təsdiqlənib.
Qeyd edək ki, sənətçi özü hələ mart ayından “Sovremennik”ə geri qayıtmayacağından danışmışdı.
Qeyd edək ki, teatr rəhbərliyi Axedjakovanın əsas rollardan birini oynadığı "Cin oyunu" tamaşasını repertuardan çıxarmaq qərarına gəlmişdi.
Aktrisa bunu teatrın direktoru Yuri Kravetsın Axedjakovanın müharibə əleyhinə mövqeyini pisləyən məktubları ilə izah edib.
Qeyd edək ki, “Sovremennik” o zaman sənətçinin işdən çıxarılmasına münasibət bildirməyib və tamaşanın ləğv edilməsinə səbəb kimi Axedjakovanın səhhətinin pis olmasını göstərmişdi. Amma aktrisa bunu təsdiq etməyib və “həqiqətən oynamaq istədiyini” demişdi.
Yeri gəlmişkən, Axedjakova 1977-ci ildən bəri fəaliyyət göstərdiyi teatrdan ayrıldıqdan sonra qastrol səfərlərini davam etdirəcəyini və Rusiyada qalacağını bildirib.
Xatırladaq ki, Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxilədən sonra Rusiya hakimiyyəti, o cümlədən müharibəyə qarşı çıxan mədəniyyət xadimlərini təqib etməyə başlayıb. Məhz elə buna görə də, yüzlərlə rejissor, aktyor, musiqiçi və rəssam Rusiyada peşəkar fəaliyyətlə məşğul olmağı qeyri-mümkün hesab edərək ölkəni tərk etmək məcburiyyətində qalıblar.
Ağasəf Babayev