Müğənni Hadisənin instaqramda paylaşdığı son fotoları ilə bütün diqqətləri bir daha üzərinə çəkib. SİA xəbər verir ki, buna səbəb ulduzun açıq-saçıq pozalar verməsi deyil, qəribə davranışı olub. Belə ki, yerdə çömbələn sənətçi paylaşdığı fotolara "Xoşbəxtlikdən uçduğumuzu görmürsünüz" yazıb.
Müğənni sevincini izləyiciləri ilə bölüşsə də, onu xoşbəxt edən səbəbləri qeyd etməyib.