Murad həyat yoldaşı ilə bağlı paylaşım etdi - FOTOLAR

9 Aprel 2023 12:45 (UTC+04:00)

Bəstəkar-müğənni Murad Arif həyat yoldaşı ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, sənətçi doğum günü olan ömür yoldaşı barədə bu sözləri yazıb: “Yaxşı tərəfim, uğur böcəyim, ömür-gün yoldaşım, ad günün mübarək! O gün olsun ki, uzun-uzun illər sonra birgə yaşlanaq. Hər şeyim!”.

Qeyd edək ki, uzun illərdir evli olan cütlüyün 2 övladı var.