Avtomobil piyadanı vuraraq öldürüb

9 Aprel 2023 09:34 (UTC+04:00)

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb.

Yolu keçən kənd sakini, 1967-ci il təvəllüdlü Məlikov Sərraf İldır oğlunu avtomobil vuraraq öldürün.

Faktla bağlı araşdırma aparılır.