Kənd təsərrüfatı sahəsi üzrə maliyyə axınları 75 faiz artıb

9 Aprel 2023 09:05 (UTC+04:00)

Cari ilin birinci rübündə kənd təsərrüfatı sahəsi üzrə maliyyə axınları ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz artaraq, 191,5 milyon manat təşkil edib. SİA Mərkəzi Banka istinadla xəbər verir ki, ən çox artım balıqçılıq (14,7 dəfə) və balıqyetişdirmə (4,5 dəfə) qruplarında olub, artıma töhfə əsasən birillik bitkilərin becərilməsi (48,5 milyon manat), heyvandarlıq (22,5 milyon manat) və kənd təsərrüfatı sahəsində xidmət göstərilməsi (8,9 milyon manat) qruplarından irəli gəlib. Ağac tədarükü (-85,4 faiz), meşə təsərrüfatı sahəsində xidmətlərin göstərilməsi (-20,8 faiz) və bitkilərin çoxaldılması (-20,7 faiz) qruplarında isə azalma qeydə alınıb.