"Gəncə" evdə "Sabah"a uduzub

8 Aprel 2023 17:23 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında (ABL) XXV tura start verilib. SİA-nın məlumatına görə, açılış oyununda "Sabah" Gəncədə eyniadlı komandanın qonağı olub.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma Bakı təmsilçisinin 87:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə xallarını 43-ə çatdıran "Sabah" liderliyə yüksəlib. 42 xala malik "Gəncə" isə 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları aprelin 9-u, 10-u və 11-də keçiriləcək.