Əməkdar artist Almaz Orucovanın oğlu nişanlanıb

8 Aprel 2023 13:01 (UTC+04:00)

Əməkdar artist Almaz Orucovanın oğlu nişanlanıb. SİA xəbər verir ki, bu barədə o, “Həmin Zaur” verilişində danışıb.

Orucova söyləyib ki, gəlini oğlunun sinif yoldaşıdır:

“Oğlum nişanlıdır. Qız öz sinif yoldaşıdır. Çox ziyalı ailədəndir. Evləndikdən sonra ayrı yaşayacaqlar. Valideynləri çox tərbiyəli insanlardır. Toya hələ çox var”.