Kahramanmaraşda yenidən zəlzələ hadisəsi baş verib

8 Aprel 2023 10:12 (UTC+04:00)

Türkiyənin Kahramanmaraş bölgəsində yenidən zəlzələ hadisəsi baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kahramanmaraşın Göksun vilayətində 4,1 bal gücündə zəlzələ baş verib. Səhər saat 03:26 radələrində baş verən sarsıntı 16,36 km dərinlikdə baş verib.