Natavan Həbibi bu şəxslə səmimi görüntülərini yaydı - FOTO

8 Aprel 2023 04:48 (UTC+04:00)

Ard-arda yeni fotosessiyalarını təqdim edən müğənni Natavan Həbibi bu dəfə avtomobilində Rəsul adlı bir bəylə səmimi görüntülərini paylaşıb. SİA xəbər verir ki, başını həmin şəxsin çiyninə qoyub onun əlindən tutan ulduz paylaşımına "Günün mübarək həyatım, bütün gözəl arzularına çat" sözlərini yazıb. Müğənni yanındakı şəxsin sevgilisi, ya dostu olduğu barədə heç bir açıqlama verməyib. Lakin cütlüyün səmimi halları diqqət çəkib.

Məlumat üçün bildirək ki, müğənni məşhur reper Dado (Səid Əliyev) ilə evli olub, onların Zeyn adlı bir oğlu var.