Məşhur aktyora ağır itki üz verib - FOTO

8 Aprel 2023 01:39 (UTC+04:00)

Bartının Dallıca kəndində 3 mərtəbəli binada baş verən yanğında türkiyəli teatr və kino aktyoru Şehsuvar Aktaşın atası Yücel Aktaş və ögey anası Nesrin Aktaş həyatını itirib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, saat 05:00 radələrində naməlum səbəbdən Çakanlar rayonu Dallıca kəndində 3 mərtəbəli binada yanğın baş verib. Kəndin ucqar ərazisində yerləşən evin yandığını görənlər yanğından mühafizə və sağlamlıq qruplarına məlumat veriblər.

Yanğında evin 2-ci mərtəbəsində yaşayan Yücel Aktaş və Nesrin Aktaş cütlüyünün tüstüdən zəhərlənərək öldüyü müəyyən edilib.