Polis rəisinin əmri ilə “Qırmızı kitab”a düşən ayı güllələnib

7 Aprel 2023 22:07 (UTC+04:00)

Ğzbəkistanın Kaşkədərya rayonunun Çırakçı rayonunun kəndlərindən birinə daxil olan “Qırmızı kitab”a düşən qonur ayı rayon polis şöbəsinin rəisinin əmri ilə güllələnib.

SİA idarənin məlumatına istinadən, bu tədbirin əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirildiyi bildirilib. Beləliklə, aprelin 5-də sosial şəbəkələrdə qonur ayının qaçdığını əks etdirən videolar yayılıb. Videoda ayının kənddəki evlərdən birinin tövləsinə girərək insanlardan gizlənməyə çalışması əks olunub.

Daha sonra Təbii Sərvətlər Nazirliyi məlumat yayıb ki, aprelin 5-də ayı Kumdərya çayı yaxınlığındakı dərələrdən birində mağaraya çıxıb. Bir müddət sonra insanlar ərazinin yaxınlığında toplaşıblar. İdarədən bildirilib ki, bu ərazi Daxili İşlər, Milli Qvardiya, Fövqəladə Hallar nazirliklərinin mühafizəsi altındadır, əhalinin və ayının təhlükəsizliyi təmin edilir.

Aprelin 6-da Təbii Sərvətlər Nazirliyi ayının Çırakçı rayon polis şöbəsinin rəisinin göstərişi ilə vurulması ilə bağlı məlumatı təsdiqləyib.

Nazirlik ayının vurulmasında iştirak edən məsul şəxslərin intizam məsuliyyətinə cəlb ediləcəyini bildirib.

Ağasəf Babayev