Pablo Pikassonun ölümündən 50 il sonra onun incəsənət əsərlərinə hələ də böyük dəyər verilir, rəssamın özü isə əvvəlki kimi ən populyar fırça ustalarından biri olaraq qalmaqdadır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Agence France-Presse”in hesablamalarına görə, ispan rəssamın 5 əsəri 100 milyon dollardan, 16-sı – 50 milyon dollardan və 39-u – 30 milyon dollardan yuxarı qiymətə satılıb. Pikassonun ən iri hərrac nailiyyəti 1955-ci ildə çəkilmiş “Əlcəzairli qadınlar” (“O” seriyası) adlı rəsm olub.
Son 20 il ərzində Pikassonun digər iki əsəri - “Qəlyanlı oğlan” və “Çılpaq qadın, yaşıl yarpaqlar və büst” rəsmləri bir rəssamın hərracda satılan incəsənət əsərlərinin sayına görə rekord qazanıb. Orta hesabla hər il hərraclarda fırça ustasının 3 minə yaxın əsəri satılır.
Qeyd edək ki, kubizmin banisi sayılan Pablo Pikasso dünyada ən bahalı rəssamdır. O, həmçinin heykəltaraş, qrafik, dizayner, keramikaçı-rəssam və teatr tərtibatçısıdır.