Alimlər müəyyən ediblər ki, cırtdan qamış ilan kimi tanınan ilan növü yırtıcılardan qaçmaq üçün mayallaq aşmağa başlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Latın adı Pseudorabdion longiceps olan bu kiçik ilan növü yırtıcıları çaşdırmaq və öz qaçışını sürətləndirmək üçün mayallaq aşmaqdan istifadə edir.
İlanın bu hərəkətləri Malayziya Sabah Universitetinin tədqiqat qrupu tərəfindən müşahidə edilib və qeydə alınıb.
"Biotropica" elmi jurnalında dərc edilən araşdırmada, mayallaq aşma hərəkətinin ilk dəfə ilanlarda sübuta yetirildiyi bildirilib.