Şimali Qafqazın 5 ən gözəl yeri

7 Aprel 2023 18:58 (UTC+04:00)

Süni intellektin cavabına görə, Şimali Qafqazda çox gözəl yerlər mövcuddur.

Belə ki, Elbrus ilk növbədə ən gözəllərinə aid edilməlidir. Bu beş minlik Rusiya (?) və Avropanın ən hündür dağıdır və ətraf ərazinin inanılmaz mənzərələrini təqdim edir.

Neyron şəbəkə Dağıstanda Narın-Kala qalasında Xan Sarayını qeyd edib. Dərbənddəki tarixi saray 16-cı əsrdə tikilib. Binada bir çox maraqlı memarlıq detalları var. Bundan əlavə, Xan sarayının içərisində muzey də var.

Dombai Kanyonu və ya Amanauz dərəsi Şimali Qafqazda daha bir unikal yerdir. Bunu da “ChatGPT” yazır. Dərin və dar bir dərədə məşhur İblis dəyirmanı şəlaləsi yerləşir, su böyük hündürlükdən axaraq qasırğa kimi fırlanır.

Qızılgüllər Vadisi Stavropol diyarında yerləşir və Kislovodskdakı Kurortnı parkının əsas cazibəsi sayılır. Təxminən 3 hektar ərazidə ətirli və parlaq çəhrayı çiçək yataqları salınmışdır.

Qeyd edək ki, reytinqi Kazbek dağı bağlayır. Bu, Rusiyanın (?) ən gözəl dağlarından biridir, ətrafdakı dağların gözəl mənzərələrini təqdim edir, həm də mənzərəli ağ yamacları ilə seçilir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu da “ChatGPT” yazır.

Qeyd edək ki, Kazbek Qafqazın şərqində Rusiya və Gürcüstanın sərhəddində yerləşir.

Ağasəf Babayev