Cəmiyyətdə demokratik mexanizmlərin mövcudluğunu, işləkliyini təsdiq edən əsas şərtlərindən biri və ən vacibi fikir, söz və məlumat azadlığı hesab olunur. Elə bu səbəbdən də söz, fikir və məlumat azadlığı sivil cəmiyyətin atributu sayılır və dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malikdir. Butün bunlar nəzərə alınaraq Azərbaycanda fikir, soz, məlumat azadlığına, azad mətbuatın inkişafına xüsusi diqqət ayrılıb və bu sahəyə göstərilən qayğı da cəmiyyətimizdə müsbət qarşılanır.
Ölkəmizin, fikir azadlığı, söz azadlığı qorunan, məlumat azadlığına şərait yaradılan, azad mətbuatı olan ölkələr sırasında olması heç də təsadüfi deyil. Ona görə ki, sözsün əsl mənasında vətənimiz Azərbaycanda fikir, söz, məlumar azadlığı, azad mətbuat, plüralizm dinamik şəkildə inkişaf etməkdədir və bu inkişaf dinamikası ölkəmizdə demokratiyanın bundan sonra da, gələcəkdə də mövcudluğuna əsaslı zəmin yaradır. Azad şəkildə fəaliyyət göstərən televiziya və radioların, qəzet və jurnalların, informasiya agentliklərinin maneəsiz, senzurasız çalışması deyilənləri təsdiq edir və ölkəmizdə soz, fikir, məlumat azadlığının hansı səviyyədə olduğunu göstərir və bu da öz növbəsində cəmiyyətin inkişafındən, onun vəziyyətindən, eləcə də mahiyyətindən xəbər verir.
Vətəndaşlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlərsə, bu elə ifadə azadlığıdır və ölkəmizdə bu azadlığın təmin olunduğu göz önündədir. Azərbaycanda sosial şəbəkələrin mövcudluğu, insanların həmin şəbəkələrdə öz fikirlərini azad şəkildə paylaşması ölkəmizdə söz, ifadə azadlığının olduğunu birmənalı şəkildə təsdiq edir. Cəmiyyətimizdə müşahidə edilən hadisələrə vətəndaşların öz münasibətini məhz sosial şəbəkələr vasitəsilə bildirdiyinin hər birimiz şahidiyik. Doğrudur, bəzən bundan sui istifadə halları da müşahidə olunur, hansı ki, sui istifadə halları yolverilməzdir, amma hər bir halda vətəndaşlarımızın öz fikirlərini, münasibətlərini bildirmələri üçün heç bir maneə yoxdur. Əlbəttə ki, burada etik normaların da nəzərə alınması başlıca şərtdir və belə hallar da qanunla tənzimlənir, çünki söz, fikir azadlığının təmin olunması heç də təhqir hallarına yol vermək, etik normaların nəzərə alınmaması demək deyil.
Müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan digər istiqamətlərdə olduğu kimi, demokratiya, söz, fikir azadlığı, plüralizm yönündə də sürətli inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf hələ də davam etməkdədir. Fikir, söz azadlığı ilə yanaşı, ölkəmizdə siyasi plüralizmin olduğu da diqqəti cəlb edir. Məhz çoxpartiyalılıq sistemi mövcud olan siyasi plüralizmdən xəbər verir. Sevindirici haldır ki, siyasi plüralizm, çoxpartiyalılıq sistemi günü-gündən inkişaf edir. Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müzakirəsi deyilənləri bir daha təsdiq edir və həmin sistemin inkişafda olduğunu isbatlayır.
Fikir, söz, məlumat azadlığı eyni zamanda cəmiyyətinin özünün inkişafı üçün başlıca şərtlərdən biridir. Çünki məhz fikir, ifadə, söz, məlumat azadlığı sayəsində insanlar öz ideyalarını paylaşa bilirlər. Sözsüz ki, həmin ideyalar arasında ən üstün olanlarının seçilməsi, praktik olaraq tətbiqi də məhz fikir, məlumat azadlığı sayəsində reallaşır. İnkişaf etmiş demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da reallaşdırılan uğurlu layihələrin bir çoxu məhz kreativ ideyalarla ortaya çıxmış olur. Əvvəla, belə kreativ ideyalar, onların sayəsində reallaşan layihələr cəmiyyətin inkişafı üçün əsaslı zəmin yaradır. Digər tərəfdən də həmin kreativ ideyalarla üzə çıxan layihələr məhz cəmiyyət üçün də məqbul, qənaətbəxş sayılır. Çünki həmin ideyalar və layihələr məhz cəmiyyətin özü tərəfindən irəli sürülmüş olur.
Xatırlatmaq yerinə düşərdi ki, hərhansı ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən fikir, söz və məlumat azadlığı ilk növbədə kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyərlər, eləcə də məqsədlərdəndir. Elə buna görə də cəsarətlə deyə bilərik ki, cəmiyyətin əsas azadlıqları, xüsusən də, fikir, söz və məlumat azadlıqları məhz elə mətbuatdan başlayır. Əvvəla ona görə ki, hərhansı dövrün gerçək təsvirini daha dolğun və peşəkar şəkildə məhz mətbuat verir. Təsadüfi deyil ki, mətbuat cəmiyyətin bütün həqiqətlərini özündə əks etdirən, cəmiyyəti necə var eləcə, yəni olduğu kimi təsvir edən bir güzgü hesab olunur. Sözsüz ki, bu güzgünün də şəffaflığı məhz mətbuatın tərəfsiz olaraq cəmiyyətə xidmət etməsindən, fikir, söz, məlumat azadlığına yer və dəyər verməsindən asılıdır. Deməli, mətbuatımızın inkişafı məhz ölkəmizdə demokratiyanın daha da inkişafı deməkdir ki, biz bunun da əyani şahidiyik.
“Əkinçi” qəzeti ilə əsası qoyulan və çətin, eləcə də keşməkeşli yollar keçən milli mətbuatımızın zəngin tarixi keçmişi var. Lakin müasir milli mətbuatımızın, azad medianın inkişafı, ümumiyyətlə, ölkəmizdə söz və mətbuat azadlığının bərpa olunması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə ki, onilliklər boyu təsir, senzura və təzyiq altnda fəaliyyət göstərən milli mətbuatımız məhz müstəqilliyimiz bərpa edildikdən, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra müstəqil, azad şəkildə yeni mərhələyə qədəm qoyub, azad mətbuat olaraq istiqamətini müəyyənləşdirib və mətbuat azadlığının təmin edilməsində Ulu Öndər Heydər Əliyevin tarixi rolu, xidmətləri danılmazdır. Çünki məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və göstərişi ilə Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilib, azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlər, maneələr aradan qaldırılıb, senzura yığışdırılıb, müasir dünya standartlarına uyğunlaşdırılıb, maddi-texniki bazası möhkəmləndirilib və çoxsaylı müxtəlif güzəştlər tətbiq edilib. "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman 1998-ci ildə məhz Ulu Öndər tərəfindən imzalanıb, bununla da senzura birdəfəlik ləğv olunub və bütün bunlar dahi rəhbərin söz, fikir, ifadə, məlumat azadlığına, plüralizmə önəm verdiyini isbatlayır.
Ulu Öndərin söz və mətbuat azadlığının bərqərar olması istiqamətində ölkəmizdə başlatdığı işlər cənab Prezident İlham Əliyev tərəfindən hal-hazırda uğurla davam etdirilməkdədir. Fikir, ifadə, məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi dövlət rəhbərinin daim diqqət mərkəzindədir və bu, cəmiyyətimiz, ələlxüsus da media nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında cənab Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi bu baxımdan heç də təsadüfi deyil. Bu həm də mətbuatın inkişafına ölkə rəhbərinin göstərdiyi diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyərin göstəricisidir. Bütün bunlar onu deməyə əsas verir ki, sözün həqiqi mənasında mətbuatın inkişafı, söz, ifadə, məlumat azadlığı, plüralizm dövlət siyasətinin başlıca prioritetlərindəndir.
Müəllif: İnam Hacıyev
6.3.2. “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır
