Amerikanın “SpaceX” kosmik nəqliyyat şirkətinə məxsus “Falcon-9” raketi İS-40 missiyası çərçivəsində orbitə rabitə peyki göndərdi.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Şimali Amerikadakı istifadəçiləri əhatə etmək üçün yüksək geostasionar rabitə peyki olan “İntelsat-40e”ni daşıyan “Falcon-9” raketi ABŞ vaxtı ilə saat 12:30-da Floridadakı “Cape Canaveral” kosmik qüvvələri bazasından uğurla buraxılıb.
“Maxar Technologies” tərəfindən istehsal edilən və təxminən 5440 kiloqram ağırlığında olan “İntelsat-40e” bu missiya çərçivəsində Şimali Amerikada hava çirkliliyini yüksək dəqiqliklə və saatbaşı ölçəcək NASA vasitəsi TEMPO-ya ev sahibliyi edəcək.