2023-cü ilin ən trend saç kəsimi modelləri bunlardır - ARAŞDIRMA

7 Aprel 2023 16:58 (UTC+04:00)

Saç düzümü 2023-cü ildə trendləri yaxından izləmək istəyənlərin araşdırdığı bir mövzudur. 2023-cü il saç kəsimində cəsur olanların ilidir. Çünki bu il qısa saçlar dəbdədir. Lakin bununla yanaşı, dəbdə olan uzun saç kəsimləri də var.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

1. Pixie

Əlverişli və asanlıqla formalaşdırıla bildiyi üçün qısa saç düzümlərini sevməyən yoxdur. Pixie saç düzümü son zamanların ən populyar və axtarılan saç düzümlərindən biridir. 2023-cü ilə damğasını vuran bu model aktiv, canlı və gənc görünüş təmin edir.

Bu üslubun özündə müxtəlif variantlar var, bunlar: Asimmetrik, qısa tərəflər, buruq qısa tel, arxa kəsikli pixie modelləridir.

Bu saç modeli üçün saç jeleləri forma vermək üçün ən böyük köməkçiniz olacaq.

Bob

Saçlarınızın nazik görünməsindən şikayət edirsinizsə, bu saç kəsimini sınayın. Öndən arxaya qısaldılmış bu saç düzümü çox dəbdir. Qeyd edək ki, tərs üçbucaqlı üz cizgiləri olan xanımlara yaraşan bu model üzü daha yuvarlaq və mütənasib göstərir.

Bixie

Bob və Pixie kəsimlərinin ortasında dayanan Bixie, gözləntilərinizi qarşılayacaq bir modeldir. Bixie saç düzümünün ən yaxşı tərəfi, əlbəttə ki, onun çox yönlü olmasıdır. Geyiminizə, dəvətlərinizə və ehtiyaclarınıza uyğun olaraq ən uyğun modeli edərək forma verə bilərsiniz.

Dağınıq

Dağınıq görünən saçlar bu mövsümün ən trendlərindən biridir. Bu model ən çox buruq saçlı olanlara yaraşır. Buruqları aydınlaşdıran şampun seçərək saçınızın təbii quruluşunu ortaya çıxara bilərsiniz.


Qatlı

Qatlı saç düzümü olaraq da bilinən bu modelin ən böyük üstünlüyü, təbii ki, asan formalaşdırılmasıdır. Saç tipinizə uyğun qulluq kremi ilə əlverişli görünüş əldə edə bilərsiniz.


Lob

Bu saç düzümü son zamanlar məşhurlar arasında çox populyardır. Bu saç düzümü hamıya yaraşa bilər. Müasir üslubu vurğulayan bu saç oval, üçbucaq, kvadrat, almaz və uzun kimi bir çox üz formalarına mükəmməl uyğun gəlir.

Ağır qatlar

Keçən il Hailey Bieber kimi bir çox moda ikonlarının seçimi olan ağır qatlı saç düzümü kəsimini dəyişəcək olanlar üçün yaxşı seçim kimi görünür. Cennifer Anistonun Dostlar serialında Rachel Green obrazını canlandırmasından ilhamlandığını düşündüyümüz bu saç düzümü 2023-cü ildə də dəyərini qoruyacaq.

Pərdə

1970-ci illərdən bəri istifadə edilən və hər mövsümün trend saç düzümü arasında yer alan pərdə saç kəsimi 2023-cü ildə də populyarlığını qoruyacaq. Saçlara ölçü qatan, üz formasını vurğulayan, saçları həcmli göstərən bu model, fərqlilik axtarırsınızsa, sizin üçün əla seçim olacaq.


Canavar kəsimi
10. 70-ci illərdən çıxan bu saç düzümü 2023-cü ilin trendlərinə damğasını vuracaq. Retro saç düzümü ilk seçiminizdirsə, bu kəsimi bəyənəcəksiniz.
Bu tip saç kəsimləri istənilən üz formasına uyğunlaşdırıla bilər, sadəcə olaraq üzünüzün formasına uyğun olaraq saçları tənzimləyin. Bu saç düzümündə məqsəd saçın daha dolğun və sıx görünməsini təmin etməkdir.

Ghost

İncə, zəif görünən saçlarınıza canlılıq gətirəcək bu kəsimin sizə çox yaraşacağını düşünürük. Saçınızı qısaltmaq istəmirsinizsə, həm də trendləri izləmək istəyirsinizsə, bu kəsim əla seçimdir.

Saçın uzunluğundan götürmədən saça hərəkət və toxuma qatan bu texnika, görünməyən təbəqələri sayəsində saçlarınıza həcm qatacaq.

Kəpənək saç kəsimi

Kəpənək kəsimi saçların həm uzun, həm də qısa görünməsini təmin edən bir modeldir. Uzun illərdir vazkeçilməz olan bu kəsim saçda illüziya yaradır.
Kəpənək saç düzümü ilə saçlar öndə qısa, arxada daha uzun görünür. Belə ki, uzun saç görünüşü ilə rahatlıq, qısa saç düzümü ilə trendlərlə harmoniya gətirir.

Ayşən Vəli