Bill Qeyts nəvəsi ilə ilk fotosunu yayımlayıb

7 Aprel 2023 16:01 (UTC+04:00)

Dünyanın ən zəngin adlarından biri olan Bill Qeytsin qızı Cennifer Qeyts ötən ay ana olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, 114 milyard dollarlıq sərvətlə dünyanın dördüncü ən varlı adamı olan Bill Qeyts nəvəsi ilə ilk fotosunu yayımlayıb.

Nəvələrinin sevincindən həzz alan Qeyts paylaşımına “Dünyanı kəşf etməyinizi izləmək üçün səbirsizlənirəm” qeydini əlavə edib.

Qeyd edək ki, Cennifer Qeyts və Nayel Nassar ötən ilin oktyabrında Nyu-Yorkda evləniblər.