Bu gün Ümumdünya Səhiyyə Təşkilatının yaranmasının 75-ci ildönümüdür

7 Aprel 2023 13:40 (UTC+04:00)

Bu gün 7 aprel tarixində Ümumdünya Səhiyyə Təşkilatının yaranmasının 75-ci ildönümü qeyd olunur. 1950-ci ildən isə eyni tarixdə, hər il bütün bəşəriyyətə təsir edən və həyatımıza birbaşa təsir edən problemlərin gündəmə gəlməsinə imkan verən Ümumdünya Sağlamlıq Günü meydana gəlib. ÜST-ün faəliyyəti bütün dünyada insanların dinc, firavan və davamlı cəmiyyətdə sağlam və xoşbəxt olmasına xidmət edən tədbirlərin görülməsinə xidmət edir. Məhz Ümumdünya Səhiyyə Təşkilatının vaxtında xəstəlikləri, epidemiyaları aşkarlaması və dərhal lazımı tədbirlərin görülməsi sayəsində bəşəriyyəti bir çox bəlalardan qorumaq mümkün olur.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalı daim ÜST ilə sıx əməkdaşlıq edir, insanların sağlamlığının qoyunması, onların maarifləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirirlər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi və kollektivi Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyini, ÜST-ün Azərbaycandakı nümayəndəsi xanım Hande Harmancı və bütün kollektivini təşkilatın 75 illiyi münasibətilə təbrik edir, insanların sağlamlığının qorunması və onların uzunömürlü olması istiqamətində həyata keçirdikləri şərəfli fəaliyyətlərində uğurlar arzulayır!