Rəşad Nəbiyevin vətəndaş qəbulu yenidən təxirə salınıb

7 Aprel 2023 12:55 (UTC+04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin aprelin 10-da Naftalanda Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayonlarının, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhərlərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu yenidən təxirə salınıb.

SİA bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qəbulun yeni tarixi barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.