Aprelin 6-dan 10-dək Fransanın Tiye şəhərində keçiriləcək 34-cü Beynəlxalq Qran-prin keçiriləcək. Bəs Azərbaycanın gimnastika üzrə yığması bu yarışlarda iştirak edəcəkmi? Mövzu ilə əlaqədar olaraq SİA Azərbaycan Gimnastika Fedarasiyasından məlumat alıb.
Qurumdan verilən məlumata görə, bəddi gimnastika üzrə Azərbaycanın böyüklərdən ibarə yığması Fransanın Tiye şəhərində keçiriləcək 34-cü beynəlxalq Qran Pridə iştirak edəcək: "Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina və fərdi gimnast Zöhrə Ağamirova aprelin 6-dan 10-dək Fransanın Tiye şəhərində keçiriləcək 34-cü Beynəlxalq Qran-pri yarışına yola düşüblər".