Aktrisa ilk dəfə doğum anlarını paylaşdı

7 Aprel 2023 10:53 (UTC+04:00)

Məşhur aktrisa Burcu Kara sosial mediada paylaşdığı fotolarla izləyicilərinin bəyənisini qazanıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Aktrisa 2016-cı ildə prodüser və rejissor Fırat Parlaqla ailə həyatı qurub. İlk dəfə 2017-ci ildə Əli adını verdiyi oğlu ilə analıq duyğusunu dadan Burcu Kara 4 ay öncə ikinci övladını qucağına alıb. Oğluna Can adını verən türk aktrisa ötən gün sosial şəbəkəsində ilk dəfə oğlunun doğum öncəsi anlarını paylaşıb.

Həmin fotoları sizə təqdim edirik: