Tanzaniyadakı tətildən evə qayıdan britaniyalı cütlük kiçik bir gekkonun onlarla birlikdə uçduğunu görüblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Gismeteo” yayıb.
Qeyd edək ki, sürünən birtəhər çamadanda 8000 km məsafəni qət edərək insanlarla səyahət edib. Sonra təxminən dörd gün o, diqqətdən kənarda qaldı.
Gekkon aşkar edilən kimi bu barədə Heyvanları Mühafizə Kral Cəmiyyətinin nümayəndələrinə məlumat verilib. Təşkilat gekkonun vəhşi təbiətə buraxılacağı təqdirdə Britaniya iqlimində sağ qalma ehtimalının az olduğunu bildirib.
Kərtənkələ müvəqqəti olaraq Reptilia Exotic Animal Rescue-ə aparılıb. Məxluqun belə uzun səyahətdən sağ çıxması və naməlum şəraitdə uzun müddət qaldıqdan sonra normal qalması mütəxəssislərin fikrincə təəccüb doğurur. Xüsusi karantindən sonra sürünən evə göndəriləcək.
Ağasəf Babayev