Rusiyalı musiqi prodüseri İosif Priqojini “Ulduzlar bir araya gəldi” verilişinin çəkiliş meydançasına təcili yardım çağırıblar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “İzvestiya”ya onun aparıcısı Lera Kudryavtseva deyib. Aparıcı bildirib ki, Priqojinin çəkilişlərə hazırlaşarkən qan təzyiqi yüksəlib.
"Çəkilişdən bir qədər əvvəl, həqiqətən pis oldu - üzün yarısı uyuşdu və təzyiqi yüksəldi. Təcili yardım çağırdılar”-, deyə Kudryavtseva əlavə etdi və prodüserin tezliklə sağalacağına ümid etdiyini bildirdi.
Qeyd edək ki, bu ilin martında İosif Priqojin rusiyalı iş adamı və Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədovla söhbətinin sızdırılmış səs yazısına münasibət bildirib. Bundan əvvəl Telegram kanallarında Priqojinlə Əhmədovun şəxsi söhbətinin səs yazısı dərc edilmişdi.
Onu da bildirək ki, söhbət zamanı tərəflər Rusiya rəhbərliyini çoxlu nalayiq ifadələrlə tənqid ediblər.
Ağasəf Babayev