Kanada ABŞ sərhədində uzun mənzilli radar quraşdıracaq

7 Aprel 2023 01:12 (UTC+04:00)

Kanada Şimali Amerika şəhərlərini şimaldan gələn təhdidlərdən qorumağa kömək edəcək erkən xəbərdarlıq radar stansiyası quraşdırmaq üçün ABŞ-la sərhəddə yerləri müəyyən etməyə çalışır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Defence news” xəbər verir.

Qeyd edək ki, “Arctic Over-the-Horizon RLS” adlandırılan radiolokasiya stansiyası Ontarionun cənubunda yerləşəcək və Alyaskaya yaxınlaşan təhlükələri uzaq məsafədən aşkar etmək imkanı verəcək.

Onu da qeyd edək ki, bu planları Kanadanın baş naziri Castin Trüdo martın 24-də ABŞ prezidenti Cozef Baydenin Ottavaya səfəri zamanı açıqlayıb. Layihənin dəyəri 743 milyon dollardır və Şimali Amerikanın əsas əhali mərkəzləri üçün mümkün təhlükələri izləmək məqsədi daşıyır.

Verilən məlumatlara görə, bu sistemin tətbiqi Ontarioda dörd yerdə onun qəbuledici və ötürücülərinin quraşdırılmasını tələb edəcək. Sistemin 2028-ci ildə ilkin əməliyyat hazırlığına, 2031-ci ildə isə tam əməliyyat hazırlığına çatması gözlənilir.

Ağasəf Babayev