Kanadanın Ontario əyalətinin paytaxtı Torontoda restoranların da yer aldığı 553 metr hündürlüyündə məşhur “CN Tower”ə ildırım düşüb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Kvebek və Ontarioda şiddətli fırtına səbəbindən minlərlə insan işıqsız qalıb.
Kanadanın meteorologiya xidməti saatda 90 kilometrə çatan güclü külək əsəcəyi, dolu yağacağı və şimşək çaxacağı barədə xəbərdarlıq edib.