“Hamiləlik dövründə QİÇS-i (Qazanılmış İmmun Çatışmazlıq Sindromu) simptomlarla müəyyən etmək mümkün deyil”. Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, QİÇS-in müəyyən olunması üçün analizlər var: “Hamilələr ilk dəfə klinikaya müraciət etdikdə bu hamıda yoxlanılır.
Kart test deyilən bir şey var ki, burada xəstəliyin olub-olmaması bəlli olur. Bu zaman da xəstəni Respublika Dəri-Zöhrəvi Dispanserinə göndəririk”.
Ayşən Vəli