Ağcabədidə yeni cüdo zalı istifadəyə verilib - QURUMDAN AÇIQLAMA

6 Aprel 2023 13:09 (UTC+04:00)

Ağcabədi rayonunda Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə "EVO" idman klubunun yeni cüdo zalı fəaliyyətə başlayıb. Bu barədə SİA-ya ACF-dən məlumat verilib. Mirzə Fətəli Axundov adına 3 saylı məktəb-liseyin nəzdində yerləşən cüdo zalında yeniyetmələrin və gənclərin cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb. Cüdo məşq zalı ACF tərəfindən Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

Şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün dərslər ödənişsiz keçiriləcək.

Ünvan: Ağcabədi rayonu Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-lisey, Faiq Əlizadə küçəsi №1

Əlaqə nömrəsi: +994 50 474 96 20