Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uşaqlara mehribanlıqla yanaşan qayğıkeş, yüksəkixtisaslı uzman uşaq cərrahı Vüsal Cəfərovu təqdim edirik. SİA xəbər verir ki, dr.Vüsal Cəfərov Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində uşaqlarda anadangəlmə inkişaf qüsurları, ağciyərlərin kistik xəstəlikləri, sidik cinsiyyət sistemi xəstəlikləri; həzm sistemi anomaliyaları; qida borusu atreziyası, traxeya ezofagialfistula, 12barmaq bağırsaq və bağırsağın digər hissələrinin atreziyası, diafraqma yırtıqları, anusun atreziyası, Hirşprung xəstəliyi, mekonial keçməməzlik, yenidoğulmuşlarda nekrotizian enterokolit, malrotasiya və volvlus-bağırsaq burulması, pilor darlığı, uşaqlarda qasıq yırtığı, hisroseli, qaraciyər və dalağın kistik xəstəlikləri; uşaqlarda təcili vəziyyətlər, bağırsaq keçməməzliyi, appendisit, yad cisim udulması, yad cisim aspirasiyası, xaya və yumurtalıq burulmaları, boğulmuş qasıq yırtıqları və uşaqlarda travmaların müalicəsi və cərrahi müdaxilələri ilə məşğul olur.
Vüsal həkim 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili alıb. O, 2014-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalınsa uşaq cərrahı və uşaq uroloqu kimi, 2022-ci ildən isə Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı kimi fəaliyyət göstərir.
Dr.Vüsal Cəfərov daim müxtəlif mötəbər beynəlxalq və yerli konfrans, seminar və toplantılarda iştirak edir, müasir tibbin yeniliklərini izləyir və öz təcrübəsində tətbiq edir. O, 2015-ci ildə Türkiyənin Antalya şəhərində “Cərrahiyyədə çətin sağalan yaralar” mövzusunda elmi praktiki kursda, 2016-cı ildə Şimali Kipr Türk Cümhuriyyətində Beynəlxalq Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası konqresində, 2018-ci ildə Türkiyənin İzmir şəhərində 36-cı Beynəlxalq Uşaq Cərrahiyyəsi konqresində, 2019-cu ildə Qətərin Doha şəhərində VI Ümumdünya Uşaq Cərrahiyyəsi konqresində, 2021-ci ildə Türkiyənin İstanbul şəhərində Türkiyə Torakal Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə “Uşaqlarda döş qəfəsi deformasiyalarının cərrahi və qeyri-cərrahi – vakuum üsulu ilə müalicəsi” mövzusunda beynəlxalq konfransında və 2022-ci ildə Çexiya Respublikasının Praqa şəhərində Dünya Uşaq Cərrahları Assosiasiyasının təşkilatşılığı ilə keçirilən VII Dünya Uşaq Cərrahiyyəsi konqresində iştirak edib.
Həmçinin, Vüsal Cəfərovun “Xayanın xayalıqdan kənar yerləşməsi” elmi məqaləsi 12 oktyabr 2019-cu il tarixində “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalının online versiyasında ingilis dilində işıqlanıb. Dr.Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türkiyə Uçaq Cərrahiyyəsi Dərnəyinin və Türk Hipospadiya Dərnəyinin üzvüdür. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/vusal-ceferov/. Vüsal Cəfərovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.