İtalyan aktrisa və model Monika Belluççi "Numero" jurnalı üçün cazibədar obrazda rol alıb. SİA xəbər verir ki, o, şəkilləri “Instagram” səhifəsində yayımlayıb.
Yayımlanan fotoda 58 yaşlı məşhur kamera qarşısında tamamilə çılpaq pozalar verib.
Daha sonra Bellucci bu şəklin italyan fotoqrafı və model Tina Modottiyə həsr olunduğunu bildirdiyi bir yazı dərc edib.
Ulduz qeyd edib ki, o, 45 yaşında Meksikada dünyasını dəyişib və burada həm də ən mühüm siyasi inqilabçılardan biri kimi tanınıb.