Obsessiv Kompulsiv Pozuntu nədir? - ARAŞDIRMA

5 Aprel 2023 16:58 (UTC+04:00)

Obsessiv Kompulsiv Pozuntu (Sarışan Hallar Nevrozu) insanın tez-tez rastlaşdığı istənmədən gələn təkrarlanan, narahat edən düşüncə və çox vaxt rahatlamaq üçün edilən təkrarlanan davranışlarla xarakterikdir. Bir çox halda bu düşüncələr təmizlik, kontrol etmə, dini düşüncə və buna uyğun davranışlarla özünü biruzə verir.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Simptomlar:

- Çirklənmə qorxusu
- Səliqəli və simmetrik olmaq
- Özünüzə və yaxınlarınıza zərər verməkdən narahat olmayın
- Başqalarının toxunduğu obyektlərə toxuna bilməmək
- İşlər nizamlanmayanda stressə qapılmayın
- Əl sıxmaqdan çəkinməyin
- Davamlı əl yuma
- Həddindən artıq təmizlik vəsvəsəsi
- Mikrob qorxusu
- Daimi duş qəbul etmək istəyi
- Daim şeyləri yoxlamaq ehtiyacı
- Hərşeyi sayma
- Qapıların kilidləndiyinə əmin olmaq üçün onları dəfələrlə yoxlamaq
- Sönmüş olduğundan əmin olmaq üçün sobanı dəfələrlə yoxlamaq
- Duanı, sözü və ya ifadəni daxilən təkrarlamaq

Obsessiv Kompulsiv Pozuntu hansı insanlarda olur?

Cinsiyyətindən, sosial vəziyyətindən, təhsil səviyyəsindən asılı olmayaraq, hər kəsdə bu xəstəlik görülə bilir. Dünya Səhiyyə təşkilatının verdiyi məlumata əsasən hər 1000 nəfərdən 12-si bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda da təxminən 12000-ə yaxın insan bu xəstəlikdən əziyyət çəkməkdədir.

Müalicəsi var?

Obsessiv kompulsiv pozuntu (Sarışan hallar nevrozu) bəzən kronik hala keçsə də, bir çox insan bu xəstəlikdən tam olaraq qurtulur. Müasir müalicə yanaşması dərmanla və ya psixoterapiya ilədir, kronik hala keçən xəstələrdə isə həm dərman, həm də psixoterapiya birgə həyata keçirilir.

Obsesif-kompulsif pozğunluğu olan bəzi insanlar ətraf mühitin stres faktorlarından təsirlənir. Bəzi ətraf mühit amilləri və ciddi həyat dəyişiklikləri simptomların pisləşməsinə səbəb ola bilər. Bu amillərə aşağıdakılar daxildir:

-Təcavüz

- Yaşayış vəziyyətindəki dəyişikliklər

- Xəstəlik

- Sevilən birinin itkisi

- İş və ya məktəblə bağlı dəyişikliklər və ya problemlər

- Münasibətdəki problemlər
Xəstəliyin müəyyən olunması üçün test var?

Obsesif kompulsif pozğunluq üçün heç bir laboratoriya testi yoxdur. Diaqnoz xəstənin simptomları və xəstənin ümumi davranışı üzrə mütəxəssis həkim tərəfindən edilə bilər.
Psixiatr tərəfindən aparılan psixoloji qiymətləndirmə zamanı düşüncələr, hisslər, simptomlar və davranış nümunələri araşdırılır.

Obsesif-kompulsif pozğunluğun diaqnozu bəzən çətindir, çünki simptomlar obsesif-kompulsif şəxsiyyət pozğunluğu, narahatlıq pozğunluqları, depressiya, şizofreniya və ya digər psixi sağlamlıq pozğunluqlarına oxşar ola bilər.

İnsanlarda həm obsesif-kompulsif pozğunluq, həm də digər psixi pozğunluqlar ola bilər. Bu səbəblə xəstəni müayinə edəcək psixiatr bütün amilləri nəzərə almalıdır.


Psixoloq Aytən Ələkbərova: “Bir çox insanlarda reaksiya vermə ehtiyacına səbəb yaradan sıxıntılar olur. Bu həmin sıxıntılardır ki, qorxu, narahatlıq və iyrənmə hissi ilə özünü göstərir. Həmin zaman şəxsin eyni sıxıntı verən düşüncələri geri dönə bilmir. Takıntılarla əlaqədar olaraq narahatlığı azaltmağa, həmin o narahatlığın içərisində hədəfləyən təkrarlanan davranışlar və ya zehni hərəkətlərdir ki, toxunma hiss ilə bunlara qızıl, gümüş və aksesuarlar insanda narahatlığın yaranmasına gətirib çıxarır. Biz buna takıntılar deyirik. Bunlar təkrarlanan, israrcı, istənilməyən və narahatedici düşüncələrdir. Bu psixologiyada Obsessiv Kompulsiv Pozuntu yaradır.

Bu tip insanlarla işləmək üçün onların ilk şüuraltından gəlmək lazımdır. Bəzilərində bu yeniyetməlik, yaxud ilk gənclik çağlarında tez-tez rast gəlinir. Bu psixoloji bir durumdur.

Qazı-işığı tez-tez yoxlamaq, iyrənmə və s. də Obsessiv Kompulsiv Pozuntudur. Yaxud əli hər hansı bir zinyət əşyasına dəyirsə, saatlarla əlini yuyur, və ya gümüş qaşıq-çəngəl stola oturanda onların ətrini duyaraq oturmur. Daha sonra onlar əllərində qaşıntı hiss edir və qızartı baş verir”.

Ayşən Vəli