Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib

5 Aprel 2023 11:04 (UTC+04:00)

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Bu barədə SİA-ya Nazirlikdən məlumat verilib.

Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Elşən Hümbət oğlu Mustafayev Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub.