Aprelin 5-də Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Aqzamov memorialı start götürəcək. Bu barədə SİA-ya Federasiyadan məlumat verilib.
Turnirdə Azərbaycanın iki şahmatçısı - Misrətdin İsgəndərov və Vüqar Rəsulov mübarizə aparacaq.
Aprelin 12-dək davam edəcək yarışda 63 şahmatçı birincilik uğrunda yarışacaq. Turnirin reytinq favoriti yerli idmançı Şamsiddin Vohidovdur.
Qeyd edək ki, ümumilikdə memorialda 11 ölkədən şahmatçılar iştirak edəcək.