“Avropa İttifaqı ölkələrində ümumilikdə dünya ölkələri sırasında Azərbaycan vacib ölkələrdən biri hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
Onun sözlərinə görə, 1994-cü ildən başlayaraq İtaliya-Azərbaycan münasibətlərində iqtisadi parlamentlər üzrə mühüm addımlar atıldı: “Neft-qaz sahəsi üzrə Azərbaycanın İtaliya ilə geniş əlaqələri mövcuddur. 2019-cu ildə TAP layihəsinin reallaşmasından sonra yeni perspektivlər daha da genişləndirildi. Biz bunu 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrlərdə də görmüş olduq. Avropa İttifaqı ölkələri arasında qatı şəkildə anti-Azərbaycan siyasəti yürüdən ölkələrin arasında İtaliya yoxdur. İtaliya böyük bir körpü rolunu həyata keçirdir. İki ölkə arasında enerji və təhlükəsizlik məsələləri ilə bağlı münasibətlər davamlı şəkildə davam etdirilir. Ötən gün Bakıda İtaliya və Azərbaycan münasibətləri ilə əlaqədar olaraq dialoqların davam etdirilməsi də bunun bir göstəricisidir. Azərbaycan və İtaliya hökumətləri arasında bu dialoq Azərbaycanın iqtisadi, siyasi, təbii təhlükəsizlik və s. prioritetlərinə daxildir”.