Daha bir ölkə rusiyalı müğənnilərin konsertini ləğv etdi

5 Aprel 2023 00:49 (UTC+04:00)

Özbəkistan rusiyalı müğənnilərin iştirakı ilə keçirilən “Jara” musiqi festivalını ləğv edib. SİA xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun Özbəkistan bürosu məlumat yayıb.

Bildirilib ki, Özbəkistan tərəfi mayın 20-21-də keçirilməsi planlaşdırılan "Jara" festivalı üçün bilet satışının dayandırıldığını elan edib. “Təəssüf ki, dünyada mövcud vəziyyət musiqi tədbirlərinin keçirilməsi üçün əlverişli deyil”, - rəsmi açıqlamada deyilir.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstan da oxşar qərar qəbul edib.