Türkiyənin daha iki qeyri-maddi mədəni irsi namizəd göstərilib

4 Aprel 2023 20:34 (UTC+04:00)

Türkiyənin daha iki mədəni irsi Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına namizəd göstərilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Ənənəvi Tulum (çalğı) İstehsalatı Türkiyənin moderatorluğu ilə Şimali Makedoniya ilə birgə qovluq olaraq Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına namizəd göstərilib.

Altıneller Ənənəvi Əl Sənəti Festivalı milli layihə olaraq Yaxşı Qoruma Təcrübələri Siyahısına namizəd olub.

Qeyd edək ki, Türkiyə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahılarında qeydə alınmış 25 mədəni dəyərlə dünyada 3-cü yerdədir.

Keçən il 2023-cü ildə 5 yeni mədəni sərvəti qiymətləndirilmək üçün YUNESKO-ya təqdim edən Nazirlik bu ilin dekabr ayından etibarən qeydə alınan mədəni sərvətlərin sayını 30-a çatdıracaq.

Beləliklə, Türkiyə siyahılarda ən çox mədəni dəyərlərə sahib ölkələr sırasında ikinci yerə yüksələcək.