Qarabağda erməni sakin özlərinin basdırdığı minaya düşüb

4 Aprel 2023 13:38 (UTC+04:00)

Qarabağda erməni sakin özlərinin basdırdığı minaya düşüb.

SİA xəbər verir ki, hadisə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, meşə zolağında baş verib. Belə ki, ermənilərin özlərinin basdırdığı mina partlayıb və bir mülki şəxs xəsarət alıb.

Xəsarət alan şəxs Xankəndidə xəstəxanaya yerləşdirilib, onun sol ayağı amputasiya olunub.