Afaq Gəncəli əməliyyatdan sonra ilk dəfə paylaşım edib - FOTO

4 Aprel 2023 10:47 (UTC+04:00)

Aparıcı Afaq Gəncəli keçirdiyi əməliyyatdan sonra ilk dəfə instaqram hesabında paylaşım edib. SİA xəbər verir ki, yeni fotolarını izləyiciləri ilə bölüşən aparıcı bu sözləri yazıb: “Son 1 ayda mənim səhhətimlə bağlı narahat olan, mənə yazan və mənə dua edənlərə dərin təşəkkürümü bildirmək istəyirəm. Amma əfsuslar olsun ki, bir çox yalan söz-söhbətlər də əskik olmadı və ən doğrusunu dilimdən eşitsəniz, daha məqsədəuyğun olar”.

Qeyd edək ki, A. Gəncəli zob xəstəliyindən əziyyət çəkir. Aparıcı bu səbəbdən televiziya fəaliyyətinə ara verib.