"KOBİA hər zaman turizm sahibkarlarına dəstək olur" - ORXAN MƏMMƏDOV

4 Aprel 2023 10:26 (UTC+04:00)

"3 il ərzində bizə bu sərgini keçirtməyə əngəl olan pandemiya artıq bitdi. Bu sərgidə şərait yaranıb ki, sahibkarlar ölkəmizə öz töhfəsini verə bilsinlər". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O qeyd edib ki, ötən ilin rəqəmləri bizə nikbin fikirləşməyə şərait yaradır: "Keçən həftə Operativ Qərargah tərəfindən müəyyən əngəllər qaldırıldı. Fikrimcə, bu əngəllərin qaldırılması ilə biz fəaliyyətimizi daha da genişləndirə biləcəyik. Bu gün də bizim həm yerli, həm də xarici sahibkarlarımız bizimlədir. İnanırıq ki, bu sərginin ziyarətçiləri çox olacaq. KOBİA xüsusi ilə turizm sahəsində çalışan sahibkarların yanındadı. Biz turizm sahəsində çalışan insanlara dəstək məqsədi ilə əlaqələrimizi genişləndirərək onların yanında olmağa çalışırıq. Kənd evləri turizm layihəsi artıq həyata keçirilir. İnanırıq ki, bu layihə rayonlarda uğurlu olacaq və insanlar bundan yararlanaraq sahibkarlıq fəaliyyətinə başlaya biləcək".