"Ötən il ölkəmizi bir milyon turist ziyarət edib" - QURUM RƏSMİSİ AÇIQLADI

4 Aprel 2023 10:23 (UTC+04:00)

"Sərgidə hər birinizi görməkdən çox şadıq. Ölkəmizdə turizm üzrə bu cür tədbirlərin təşkili təqdirəlayiqdir". SİA xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Qurum rəsmisi qeyd edib ki, son illərdə turizmin inkişafı baxımından ölkədə bir sıra işlər görülür: "Buna görə də cənab Prezident İlham Əliyevə öz minnətdarlığımızı çatdırırq. Azərbaycanda turizmin inkişafı üçün böyük potensial var. Turizmin inkişafı üçün əlaqələrin olması çox önəmlidir. Qeyd etməliyəm ki, xarici turizm və daxili turizmin inkişafı çox önəmlidir. Buna görə də xarici turistlərin ölkəmizə gətirilməsi, eyni zamanda ölkə daxilində turizmin inkişaf etdirilməsi bizim üçün vacibdir. Əsas məqsədimiz pandemiyadan öncəki yüksək rəqəmləri yenidən əldə etməkdir. Ötən il bir milyona yaxın turist ölkəmizi ziyarət edib".