Türkiyəli aktrisa son paylaşımı ilə diqqət çəkib - VİDEO

4 Aprel 2023 07:43 (UTC+04:00)

Türkiyəli aktrisa Tuvana Türkay son paylaşımı ilə diqqət çəkib. SİA xəbər verir ki, aktrisa müğənni Mabel Matizin "Antidepresan" mahnısını ifa etdiyi görüntüləri sosial media hesabında izləyiciləri ilə bölüşüb. Maraqlı məqamlardan biri də Tuvananın istifadə etdiyi filtr olub. İzləyicilər onu tanımaqda çətinlik çəkiblər.

Qeyd edək ki, mahnı "Yalı çapkını" serialında səsləndirildikdən sonra müxtəlif məşhurlar tərəfindən ifa edilməyə başlanıb.