Məşhur serial finala getməyə hazırlaşır

4 Aprel 2023 07:09 (UTC+04:00)

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı finala getməyə hazırlaşır. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Muzo obrazını canlandıran aktyor Enis Arıkan danışıb. Aktyor ötən gün restorandan çıxarkən jurnalistlərin suallarını cavablandırıb.

"Yavaş-yavaş sonuna gəldik. Möhtəşəm bir yaradıcı heyətlə uzun müddətdir çalışırıq. Yaxşı günlər keçirtdik. Çox gözəl dostlar qazandım", - aktyor qeyd edib.